Kalaşnikovdan Bakı ilə bağlı rus elitasına XƏBƏRDARLIQbackend

Kalaşnikovdan Bakı ilə bağlı rus elitasına XƏBƏRDARLIQ

Rusiya və Azərbaycan bütün provokasiyalara rəğmən bu sınaqdan keçməyi bacaracaqlar.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Dumasının MDB işləri, Avrasiyaya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

“İstərdim ki, Rusiya elitasının nümayəndələri efirdə çıxış edərkən, xalqı təmsil etdiklərini və ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin vacibliyini xatırlasınlar. Rusiya və Azərbaycan münasibətləri, məncə, bütün provokasiya cəhdlərindən, qarşılıqlı münasibətlərdəki bütün kövrək sınaqlardan çıxacaq. Azərbaycan xalqına arzulamaq istərdim ki, irəlidə onun heç bir faciəsi və sınağı olmasın”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*