Kaliforniyada üçüncü gündür ki, Yosemit Milli Parkı yaxınlığındakı meşə yanğınını söndürmək mümkün olmur.
KONKRET.az xəbər verir ki, yanğın 5,6 min hektardan çox ərazini məhv edib.
Qubernator Qevin Nyusom Mariposa dairəsində fövqəladə vəziyyət elan edib. Artıq bir neçə min insan yaxınlıqdakı yaşayış məntəqələrindən təxliyə edilib.
Xuraman Etibarlı,
KONKRET.az
