Karakasda Lavrovla Maduronun görüşü keçirilibbackend

Karakasda Lavrovla Maduronun görüşü keçirilib

Venesuela prezidenti Maduro və Rusiyanın xarici işlər naziri Lavrov Karakasda görüş keçirib.

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı RİA Novosti-nin müxbiri yayıb.

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Venesuela rəhbərliyi ilə görüşlərdə qanunsuz sanksiyalar kontekstində əməkdaşlığın inkişafı ilə bağlı razılıq əldə olunduğunu söyləyib.

Bu sözləri o, Venesuela prezidenti Nikolas Maduro ilə görüşdən sonra keçirilən brifinq zamanı deyib:

“Biz, həmçinin qeyri-qanuni sanksiyalar kontekstində ticarət, iqtisadi, investisiya, humanitar sahədə əməkdaşlığı artırmaq üçün işlərin inkişafı barədə razılığa gəldik”.

Lavrovun sözlərinə görə, enerji, təbii sərvətlər, müxtəlif sənaye, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələndirilmiş tədbirlər xüsusilə perspektivlidir:

“Əlbəttə ki, dostlarımızın müdafiə imkanlarını, xüsusən də xarici təhdidlər qarşısında etibarlı şəkildə təmin etmək üçün hərbi-texniki əməkdaşlığı inkişaf etdirəcəyik”.

Lavrov Venesuelanın icraçı vitse-prezidenti Delsey Rodriguez ilə də görüşüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*