Tokio Olimpiadası: İrina Zaretskaya da gümüş medalla kifayətləndi – YENİLƏNİB + FOTObackend

Tokio Olimpiadası: İrina Zaretskaya da gümüş medalla kifayətləndi - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir idmançısı finalda büdrəyib.

KONKRET.az xəbər verir ki, karateçimiz İrina Zaretskaya Feryal Abdelazizə (Misir) 0:2 hesabı ilə uduzub.

Bununla da İrina Zaretskaya da karateçi Rafael Ağayev və sərbəst güləşçi Hacı Əliyev kimi finalda uduzaraq, gümüş medalla kifayətlənib.

15:31

İrina Zaretskaya qrupda sonuncu görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, o, türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

İrina altı xalla qrup lideri olub. O, yarımfinala çıxmaqla ən azı bürünc medalı özünə təmin edib.

10:54

İrina Zaretskaya qrupda üçüncü görüşünü keçirib.

KONKRET.az xəbər verir ki, o, Sofya Berultsovaya (Qazaxıstan) 4:5 hesabı ilə uduzub.

İdmançımızın yarımfinala çıxması üçün Məltəm Hocaoğlunu (Türkiyə) məğlub etməsi lazımdır. Hazırda İrina dörd xalla qrupda ikinci yerdədir.

10:28

İrina Zaretskaya Olimpiadanın qrupunda ikinci qələbəsini qazanıb.

KONKRET.az xəbər verir ki, o, ikinci görüşündə Silvia Semeraroya (İtaliya) 3:2 hesabı ilə qalib gəlib.

09:46

Azərbaycan karateçisi İrina Zaretskaya Tokio Olimpiadasına qələbə ilə başlayıb.

KONKRET.az-ın xəbərinə görə, dünya və Avropa çempionumuz ilk görüşdə meydan sahibi Ayumi Uekusa (Yaponiya) ilə qarşılaşıb.

İrina rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*