“Biz hələ də müharibə vəziyyətindəyik”.
KONKRET.az xəbər verir ki, bunu Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan deyib.
O bildirib ki, müharibə 44 gün davam etmədi. Yəni sentyabrın 27-də başlamadı və noyabrın 9-da bitmədi. Çünki biz hələ də müharibə vəziyyətindəyik. Ancaq hakimiyyət daxili potensialı cəmləşdirmək üçün səy göstərmir, halbuki ideyaları birləşdirmədən yaxşı qurulmuş təhlükəsizlik sisteminə malik olmaq mümkün deyil. Müttəfiqlər məsələsi ikinci dərəcəlidir. Biz özümüz müdafiə üçün ayağa qalxmalıyıq. Bu məsələdə təkcə ordu deyil, hər birimiz iştirak etməliyik. Biz bu ideyanı rəhbər tutmayana qədər heç bir müttəfiq bizə kömək etməyəcək. Cəmiyyət müharibəyə hazır olmalıdır. Hərçənd ordunun onurğa sütunu hələ 44 günlük müharibədən əvvəl qırılıb”, – Kerobyan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az