Kişi attraksiondan belə yıxıldı – VİDEObackend

Kişi attraksiondan belə yıxıldı - VİDEO

Özbəkistanda kişi attraksiondan yıxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd olunub ki, hadisə mayın 8-də baş verib.

Belə ki, Nişan rayonu Nurçi məhəlləsində yaşayan kişi dostları ilə birlikdə “Nuristan” parkında attraksiona minib. O, oturduğu yerdən qalxan zaman müvazinətini itirib və attraksiondan yerə yıxılıb.

Hadisə nəticəsində qolu sınmış kişi yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hazırda rayon polis şöbəsi araşdırma aparır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*