“France 24” kanalı Kiyevdə Makrona sui-qəsd cəhdi ilə bağlı xəbəri təkzib etdi – YENİLƏNİBbackend

“France 24” kanalı Kiyevdə Makrona sui-qəsd cəhdi ilə bağlı xəbəri təkzib etdi - YENİLƏNİB

“France 24” telekanalı Kiyevdə Fransa prezidenti Emmanuel Makrona sui-qəsd hazırlığı ilə bağlı reportajın yayımlanması xəbərlərini təkzib edib.

KONKRET.az xəbər verir ki, kanal görüntülərin saxta olduğunu açıqlayıb.

“Biz bu materialın saxta olduğunu təsdiq edirik. O, heç vaxt efirdə getməyib. Bu aparıcı doğrudan da telekanalda işləyir, lakin bu, süni intellektin köməyi ilə yaradılmış məhsuldur”, – telekanalın mətbuat xidmətindən bildirilib.

21:00

İnternetdə Ukrayna hakmiyyətinin Kiyevə səfəri zamanı Fransa prezidenti Emmanuel Makrona sui-qəsd planlaşdırdığına dair məlumatlar yayılıb

KONKRET.az xəbər verir ki, bu barədə “France 24” telekanalının müvafiq materialı X sosial şəbəkəsində dərc olunub.

Videoda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnıya yaxın olduğu iddia edilən mənbənin Makrona mümkün sui-qəsd cəhdi ilə bağlı yazışmalarının skrinşotları əks olunub. Məlumatlardan belə çıxır ki, Ukraynadakı vəziyyətə diqqəti cəlb etmək və Qərbdən yardımı artırmaq üçün hücuma görə məsuliyyətin Moskvaya daşınması planlaşdırılıb.

Ekran görüntüləri əməliyyata hazırlığın Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov tərəfindən koordinasiya edildiyini göstərir. Materialda qeyd olunur ki, Zalujni öz kanalları ilə fransızlara məlumat ötürməklə sui-qəsd planını alt-üst edib.

İddia olunur ki, Fransa prezidenti bundan əvvəl Kiyevə səfərini bu səbəbdən ləğv edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*