backend

Koronavirus pasportu tələbi qanuna ziddir - ETİRAZ

Toyda-yasda COVID pasportu ilə iştirak etmək qərarını anladıq, idman zalları ilə bağlı da aydındır – bunlar özəl sektordu, həyati əhəmiyyəti yoxdur (hərçənd, bu da ayri-seçkilikdir), amma dövlətin sosial xidmətini COVID pasportuna bağlamaq nə deməkdir?!

KONKRET.az xəbər verir ki, bu sözləri ekspert natiq Cəfərli 16 avqustdan etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində yalnız peyvənd olunan vətəndaşların qəbulu və müraciətlərinə baxılacağı barədə qərara münasibət bildirərkən deyib.

O bildirib ki, dövlət o xidməti əhalinin ödədiyi vergi ilə göstərir:

“Vaksinləşmə qanunla məcburidirmi?! Yox, məcburi deyil, o zaman bu nə ayrı-seçkilikdir?! Bu nə COVID-faşizmdir? Vaksinləşməni stimullaşdırmaq istəyirsiznizsə, bir çox ölkələrdə olduğu kimi, pullu-hədiyyəli aksiyalar keçirin, məsələn, vaksin vurduran hər kəsə 100 manat ödəyin! Və ya vaksinləşən vətəndaş 1 ay kommunal xərclərdən azad olsun, belə addımlarla stimul yaradın. Daha dövlətin vətəndaşlara ayrı-seçkiliyi nə məsələdi axı?! Bu həm qanunsuzdur, həm də Ana Yasanın pozulmasıdır!”

O deyib ki, bu ayrı-seçkiliklə bağlı Konstitutsiya Məhkəməsinə müraciət hazırlamaq lazımdır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*