Koronavirusa 684  yeni yoluxma faktı qeydə alındıbackend

Koronavirusa 684 yeni yoluxma faktı qeydə alındı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2 060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 798 nəfər müalicə olunaraq sağalıb, 6 559 nəfər vəfat edib, aktiv xəstə sayı 15 918 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*