Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti ilə bağlı AÇIQLAMAbackend

Koronavirusa yoluxmuş həkim Cavid Paşayevin son vəziyyəti ilə bağlı AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalı koronavirusa yoluxan həkim Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.

Hospitaldan KONKRET.az-a verilən məlumatda bildirilir ki, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır:

“Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.

Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib.

Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya – 90%. Ağ ciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*