Koronavirusinfo.az saytına hakerlər hücum etdibackend

Koronavirusinfo.az saytına hakerlər hücum etdi

Koronavirusinfo.az saytına haker hücumu olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, bu gün saat 15:30 radələrində Operativ Qərargah tərəfindən yaradılan www.koronavirusinfo.az məlumat portalına haker hücumu olub.

Texniki heyət tərəfindən hücumun qarşısı alınsa da, portalın fəaliyyətində bəzi texniki problemlər yaranıb.

Qısa müddətdə problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, hazırda portal normal iş rejimində fəaliyyətini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*