Korotçenko: “Zelenski ikinci Çernobıl hazırlayır” – VİDEObackend

Korotçenko: "Zelenski ikinci Çernobıl hazırlayır" - VİDEO

“Zaporojye AES-in Ukrayna tərəfdən atəşə tutulmasının qarşısını stansiyanı hədəf ala bilən Ukrayna dəstlərini sutkalıq mütəmadi izləyib məhv etməklə almaq olar”.

KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq, hərbi ekspert İqor Korotçenko deyib. Onun fikrincə, bununla bağlı BMT, Roma Papasına apellyasiya ilə müraciətin mənası yoxdur:

“Ümumiyyətlə BMT baş katibi Amerikanın qubernatoru kimi yalnız Ağ Evin maraqlarını təmsil edir. Diplomatlarımızın siyasi arenada təqdim etdiyi arqumentlər də onları fikrindən daşındırmayacaq. Zaporojye AES-i bombalayanları məhv etmək lazımdır, vəssalam”.

Korotçenko düşünür ki, əks halda irimiqyaslı radiasiya insidenti qaçılmazdır. Rusiyalı ekspertə inansaq, Zelenski ikinci Çernobıl faciəsini yaşatmaq istəyir.

Daha ətraflı videoda:

KONKRET.az-ın Analitik Qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*