Körpənin əli ətçəkən maşında qaldı – VİDEObackend

Körpənin əli ətçəkən maşında qaldı - VİDEO

Əli ətçəkən maşında qalan 27.01.2023-cü il təvəllüdlü körpə xəstəxanaya valideynləri tərəfindən çatdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilərkən körpənin sağ əli elektron ətçəkən maşınına keçmiş vəziyyətdə olub.

Xəstəxananın tibbi heyəti və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının operativliyi nəticəsində qısa zamanda körpənin əli ətçəkən maşının içərisindən çıxarılıb.

Körpənin əli rentgenoloji müayinə olunduqdan sonra həkim-cərrah Ağasoltan Əmirov tərəfindən yumşaq toxumaların cərrahi proseduru həyata keçirilib.

Hazırda körpənin vəziyyəti qənaətbəxşdir və ambulator müalicə üçün evə buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*