KONKRET.AZ xəbər verir ki, ruslar kran suyundan daha çox içməyə başlayıblar. Yerli medianın yaydığı məlumata görə, kran suyundan istifadə edənlərin say göstəricisi 2016-cı ildə 39 faiz idisə, bu rəqəm 2019-cu ildə 44 faizə yüksəlib. Ümumrusiya Xalq Rəyini Öyrənmə Mərkəzinin apardığı sorğu da onu deməyə əsas verir ki, artıq əhali getdikcə suyun keyfiyyətinə diqqət yetirmir. İstər qaynadılmamış olsun, istər təmizlənməmiş, kran suyundan istifadə halları artır. Kran suyundan 60 yaşdan yuxarı insanlar və kəndlilər daha tez-tez istifadə edir. Alkoqoldan istifadə edənlər də bu qəbildəndir.
Bu kateqoriyalı vətəndaşlar qablaşdırılmış su almır.
Respondentlərin 31 faizi isə vəziyyətdən asılı olaraq həm kran suyu, həm də qablaşdırılmış su içdiklərini deyib. Qeyd edək ki, 2016-cı ildə bu göstərici 45 faiz olub.
Yalnız təmizlənmiş sudan istifadə edənlərin nisbəti dəyişməyib. Bu göstərici16 faizdir. Respondentlərin digər 9 faizi “digər” variantını seçərək cavab verməkdə çətinlik çəkib.
Məlum olub ki, respondentlərin 35 faizi kran suyuna üstünlük verməsinin əsas səbəbi kranlara qoşulan su filtrlərindən istifadə etməsidir. Bu, 2016-cı illə müqayisədə 18 dəfə çoxdur.
Qeyd edək ki, keçirilmiş sorğuda 18 yaşdan yuxarı 1,6 min respondent iştirak edib.
KONKRET.AZ
