Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, o, 2012-ci il təvəllüdlü Yusif Samir oğlu Nuruyev olub.
Yeniyetmənin Kür çayında çimən zaman boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
