Kürd birləşmələri Türkiyəni total müharibə ilə hədələyir – FOTObackend

Kürd birləşmələri Türkiyəni total müharibə ilə hədələyir - FOTO

KONKRET.az xəbər verir ki, “Suriya Demokratik Qüvvələri” bəyan edib ki, Ankara Suriyanın şimal bölgələrində yeni bir hərbi əməliyyat başlasa, Türkiyəyə qarşı genişmiqyaslı müharibəyə başlayacaq. Bu barədə qruplaşmanın lideri Mustafa Bali özünün Twitter hesabında məlumat verib.

Qeyd edək ki, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Suriya sərhədi boyunca “təhlükəsizlik zonası” yaratmaq üçün yeni hərbi əməliyyatın yaxın günlərdə başlayacağını bəyan edib.

“Suriya Demokratik Qüvvələri” təhlükəsizlik mexanizmi tərəfindən qurulmuş çərçivəyə sadiq qalır. Bununla birlikdə özümüzü və xalqımızı qorumaq üçün Türkiyənin hər hansı bir elan olunmamış hücumuna qarşı sərhəd boyu genişmiqyaslı müharibə ilə cavab verməkdən çəkinməyəcəyik”, – deyə Bali yazıb.

Xatırladaq ki, Ankaradakı danışıqlar bir müddət əvvəl ABŞ və Türkiyə ilə Suriyanın şimalında Fəratın şərqində “təhlükəsizlik zonası” yaradılması ilə başa çatmışdı. Türkiyənin müdafiə naziri Hulusi Akar bu zonanın yaradılması prosesinin dayandırılacağı və ya təxirə salınacağı təqdirdə Ankaranın Vaşinqtonla Suriya mövzusunda səylərinin birləşdirilməsini tərk etmək məcburiyyətində qalacağını söyləyib.

Eyni zamanda rəsmi Dəməşq ABŞ və Türkiyə arasındakı bu razılaşmaya qarşı çıxır. Suriya hökuməti əmindir ki, bu cür razılaşmalar beynəlxalq hüquq prinsiplərinin və BMT Nizamnaməsinin, həmçinin Suriyanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.

R.ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*