“Land Cruiser”i geriyə hərəkət etdirən sürücü piyadanı vurdu – ANBAAN VİDEObackend

“Land Cruiser”i geriyə hərəkət etdirən sürücü piyadanı vurdu - ANBAAN VİDEO

Oğuz rayonunda avtomobili geriyə hərəkət etdirən sürücü piyadanı vurub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Cavanşir küçəsində baş verib.

Belə ki, geriyə doğru hərəkət edən “Toyota Land Cruiser” markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.

Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*