Latviya Belarus və Rusiyanın 152 yük maşınını geri qaytardıbackend

Latviya Belarus və Rusiyanın 152 yük maşınını geri qaytardı

Latviya sərhədçiləri Avropa İttifaqının yeni sanksiyalarının başlaması ilə əlaqədar Rusiya və Belarusa məxsus 152 yük maşını ölkəyə buraxmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Məlumata görə, ilkin vaxtda sürücülərin yeni məhdudiyyətlərdən xəbəri olmayıb, lakin gün ərzində məlumat yayılıb və bundan sonra Rusiya və Belarusdan yük maşınlarının axını kəskin şəkildə azalıb.

Xatırladaq ki, bu həftə Aİ Rusiya və Belarusun avtomobil nəqliyyatı müəssisələrinə Aİ daxilində avtomobil nəqliyyatı ilə, o cümlədən tranzitlə malların daşınmasına qadağa qoyulmasını nəzərdə tutan yeni sanksiyalar paketini təsdiqləyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*