“Lay’s” çipslərində ölüm riski varbackend

"Lay's" çipslərində ölüm riski var

“Lay’s” markası, istehsal etdiyi kartof çipslərinin ölümcül allergik reaksiyalara səbəb ola biləcəyini açıqlayaraq, məhsullarını geri çağırmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, məlumatı  ABŞ Qida və Dərman İdarəsi (FDA) yayıb.

FDA-nın verdiyi açıqlamada məhsulun etiketində süd tərkibli maddələrin yer almadığı müəyyən edilib. Bu səbəbdən, yüksək risk olaraq “I sinif” kateqoriyasına daxil edilib. Bu sinif, həyat üçün təhlükə yaradan allergik reaksiyaların meydana gəlməsini ehtimal edir.

Geri çağırma prosesi 2024-cü ilin dekabr ayında başlayıb. “Frito-Lay” şirkəti, Oreqon və Vaşinqton ştatlarında satılan 6 000-dən çox kartof çipsi paketində süd tərkibli maddələrin aşkar edildiyini bildirib. Bu səhv, südə qarşı allergiyası olan insanlar üçün ciddi sağlamlıq təhlükəsi yaradır. Buna görə də FDA, geri çağırma səviyyəsini ən yüksək risk olan “I sinif” kateqoriyasına qaldırıb.

“Frito-Lay” şirkəti geri çağırılan məhsullarla bağlı heç bir allergik reaksiya şikayəti alınmadığı bildirilib. Lakin, bu məhsulların sağlamlıq risklərini önləmək məqsədilə ehtiyat tədbiri olaraq bazarlardan yığışdırıldığı qeyd edilib.

Bir neçə gün əvvəl isə “The Coca-Cola” şirkətinin törəməsi olan “Coca-Cola Europacific Partners Belgium” Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarında məhsullarını kütləvi şəkildə geri çağırıb. Bu qərarın səbəbi isə məhsulların tərkibində yüksək miqdarda xloratların olmasıdır./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*