Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü – TƏFƏRRÜATbackend

Lənkəranda ər arvadını yeməyini vermədiyinə görə döydü - TƏFƏRRÜAT

Lənkəranda 1986-cı il təvəllüdlü Ərəstun şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Ofeliyaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 1-də baş verib.

Arvadının ona yemək verməməsi səbəbindən Ərəstun yumruqla onun sağ göz nahiyəsinə qəsdən vuraraq, xəsarətlər yetirib.

Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

İfadəsində Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, ailəlidir, iki uşaq atasıdır:

“Ofeliya ilə 2009-cu ildə ailə həyatı qurmuşam. Bazar ərazisində fəhləlik etməklə ailəmin dolanışığını təmin edirəm. Arvadım evdə təmizlik işləri görmədiyinə görə onunla mübahisələrimiz baş verib. Sonuncu dəfə hadisə günü, saat 19 radələrində işdən evə gələrək arvadımdan yemək istədim. Lakin o, yeməyin hazır olmadığını dedi. Bu səbəbdən aramızda mübahisə baş verdi. Arvadım nalayiq ifadələr işlətdi. Bundan əsəbiləşərək onun sağ göz nahiyəsinə yumruqla vurdum, sonra evdən çıxıb getdim”.

İş üzrə zərərçəkmiş Ofeliyanın sözlərinə görə, əri Ərəstun onunla tez-tez mübahisələr edib:

“Sonuncu dəfə Ərəstun işdən evə gələrək yeməyi vermədiyim üçün mənimlə mübahisə etdi. Ərəstun yeməyi gec verdiyim üçün nalayiq ifadələr işlətdi. Ərimə söyüş söyməməsini dedim. Ərəstun əsəbiləşərək üzərimə gəldi, gözümə yumruqla vurdu”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmadığını nəzərə alıb.

Bu səbəbdən Ərəstunun barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib. (Demokrat.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*