Lənkəranda iki həftədir axtarılan kişi ölü tapıldıbackend

Lənkəranda iki həftədir axtarılan kişi ölü tapıldı

Lənkəran rayonunda iki həftədir axtarılan 39 yaşlı kişinin meyiti tapılıb.

KONKRET.az-ın məlumatına görə, Nərimanabad qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Akif oğlu Məmmədovun meyiti qəsəbə ərazisindəki həyətlərin birində aşkarlanıb.

Sakinlərin bildirdiyinə görə A. Məmmədov martın 27-dən etibarən yaxınları tərəfindən axtarılır.

Onun aşkar olunduğu həyət Rusiyada yaşayan Nəzakət Xanhüseyn qızı Abdullayevaya məxsusdur. Evdə uzun müddətdir yaşayış yoxdur.

Meyit qonşular tərəfindən həyətin dalan hiisəsində, üzərinin azbes şiferlə örtülmüş vəziyyətdə tapılıb.

Mərhumun nəşi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*