Lökbatanda yük avtomobili ilə minik avtomobili toqquşdu, ər-arvad öldübackend

Lökbatanda yük avtomobili ilə  minik avtomobili toqquşdu, ər-arvad öldü

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

KONKRET.az xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Vasif Hüseynovun idarə etdiyi “Mercedes Actros” markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMW markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*