Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə ikitərəfli danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinlə nə barədə danışdıqlarını bildirib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA “Novosti” agentliyi yayıb.
Lukaşenkonun sözlərinə görə, onlar Rusiya və Belarusun bir dövlətdə olduqları tarixdən bu günədək bütün məqamlara toxunublar.
Bundan başqa, tərəflər SSRİ-nin ümumi qonşularına, ölkələrinə aid mövzuları də müzakirə ediblər.
“Ümumiyyətlə, bir çox məsələlər haqqında danışdıq. Nəhayət bu günkü həyatımızdan da söz açdıq”, — Lukaşenko bildirib.
Lukaşenko əlavə edib ki, hələ danışılası və müzakirə ediləsi çox şeylər var.
Babək Göyüş
KONKRET.az
