Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükündən İMTİNA ETDİbackend

Macarıstan öz ərazisindən Ukraynaya silah tədarükündən İMTİNA ETDİ

Macarıstan öz ərazisi ilə Ukraynaya silah verməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijarto özünün facebook səhifəsində yazıb.

“Budapeşt Ukraynaya öz ərazisi vasitəsilə silah tədarükünə icazə verməyəcək. Həmçinin Macarıstan hakimiyyəti Rusiya neft və qazından imtina etməyəcək”, – deyə bildirib.

“Biz ərazimiz vasitəsilə silahların çatdırılmasına icazə verməyəcəyik. Biz macar xalqının həyatını və təhlükəsizliyini riskə atmaq istəmirik”.

Eyni zamanda, biz həm də silahların qarşısını alacağıq. Macarıstan xalqı Rusiyadan təbii qaz və neft tədarükünün dayandırılmasına icazə verməyəcək.  Macarıstanın enerji təchizatını qeyri-mümkün edəcək və eyni zamanda əlavə xərclərin kəskin artmasına gətirib çıxaracaq. Ona görə də biz hələ də enerji təchizatı ilə bağlı sanksiyaların genişləndirilməsini dəstəkləmirik. Biz bu müharibədən uzaq durmalıyıq!”, -deyə  diplomat yekunlaşdırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*