Makronu istefaya çağırırlarbackend

Makronu istefaya çağırırlar

“Fransa prezidenti Emmanuel Makron istefaya getməlidir”.

KONKRET.az xəbər verir ki, bunu fransalı müxalifətçi Jan-Lük Melenşon “X” hesabında yazıb.

Hazırda Fransa parlamenti 2025-ci ilin büdcə qanun layihəsini müzakirə edir. Parlamentin aşağı palatası bunu birinci oxunuşda rədd edib və sənəd baxılmaq üçün Senata göndərilib.

Büdcə ilə bağlı müzakirələr solçuların hökumətə etimadsızlıq ifadə edə biləcəyini istisna etmir.

Xatırladaq ki, bu il Fransada keçirilən parlament seçkilərində solçu Yeni Xalq Cəbhəsi qalib gəlsə də, Makron namizədliyi koalisiyanın təklif etdiyi Kastanı baş nazir təyin etməkdən imtina edib. O vaxtdan bəri müxalifət dəfələrlə prezidenti istefaya çağırıb.

Məlik,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*