“Biz Ermənistanı İttifaq dövlətində görmürük, (buraya Rusiya və Belarus daxildir – red.). Biz bu barədə dəfələrlə danışmışıq”.
KONKRET.az xəbər verir ki, bunu sentyabrın 15-də jurnalistlərlə görüşündə İrəvan merliyinə namizəd Mane Tandilyan deyib.
“Bizim üçün geosiyasi vəziyyətdən və güc mərkəzlərindən asılı olmayaraq, Ermənistanın maraqları prioritetdir”, – deyə o vurğulayıb.
Tandilyan qeyd edib ki, “Paşinyanın yeritdiyi siyasət dövlətçiliyimiz üçün dağıdıcıdır. Biz dövlətimizin yox olmasını istəmiriksə, Ermənistanı münaqişə zonasına çevirməməliyik”, – deyə o əlavə edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az