“Mariupol Dram Teatrında 300-ə yaxın adam həlak olub” – Şəhər şurası + FOTObackend

"Mariupol Dram Teatrında 300-ə yaxın adam həlak olub" - Şəhər şurası + FOTO

Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Təəssüf ki, günə pis xəbərlə başlayırıq. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub”, – deyə məlumatda bildirilib.

Şəhər Şurasından xatırladılıb ki, teatrın binası qarşısındakı nəhəng “UŞAQLAR” yazısı da Rusiya qoşunlarını dayandırmayıb.

Xatırladaq ki, daha əvvəl UNİAN martın 16-da Rusiya təyyarəsinin Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atdığını yazmışdı. Sığınacağa giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət xəsarət alanlar barədə məlumat olmayıb.


Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*