Maşını divara vurdu, qadın öldübackend

Maşını divara vurdu, qadın öldü

Sabirabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

DİN Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, hadisə martın 20-də saat 1 radələrində rayonun Kürkəndi kəndi ərazisində qeydə alınıb.

Kənd sakini R.Abışov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Nəticədə sürücü və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Günay Abışova adlı sərnişin orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*