Məhəmməd peyğəmbəri təhqir edənlər qəzada öldü – FOTObackend

Məhəmməd peyğəmbəri təhqir edənlər qəzada öldü - FOTO

Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif yol qəzasında ölüb.

KONKRET.az TASS-a istinadla xəbər verir ki, Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif Lars Vilks və onun mühafizəçiləri – iki polis əməkdaşı bazar günü İsveçin cənubunda baş verən yol qəzasında ölüb.

Məlumata görə, yük maşını Markaryud kəndi yaxınlığındakı magistral yolda Vilksin avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb.

Yük maşını sürücüsü ağır yaralanıb.

Xatırladaq ki, müəllifin peyğəmbərlə bağlı çəkdiyi karikaturalar 2007 -ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub.

Xuraman Etibarlı

KONKRET.az

  • yusif
    Oktyabr 4, 2021 - 16:10

    bunun qəza olmadığı bilinəcək haçansa..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*