Məktəblərdə qiymətləndirmə necə aparılacaq? – AÇIQLAMAbackend

Məktəblərdə qiymətləndirmə necə aparılacaq? - AÇIQLAMA

“Təhsilin distant formada keçməsi səbəbindən qiymətləndirmə də bu formada aparılacaq”.

KONKRET.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları barədə danışan Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, şagirdlərin yarımil ərzində yaxşı dərs öyrənmədiyi məlumdur:

“Məktəbdaxili qiymətləndirmə gözlənilməz olmayıb. Uşaqların biliklərinin qiymətləndirilməsi o anlama gəlmir ki, onlardan yüksək nəticə gözləyirik. Bütün dünyada təhsillə bağlı göstəricilər aşağı düşüb. Biz nə ilə qarşılaşacağımızı bilirik. Lakin bunu ölçmək üçün qiymətləndirmə vacibdir”.

“Qiymətləndirmə hər bir akademik öyrənmənin göstəricinin nəticəsidir, bu, imtahan deyil”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*