Məktəblilərin qış tətilinin vaxtı açıqlandıbackend

Məktəblilərin qış tətilinin vaxtı açıqlandı

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə qış tətilinin vaxtı məlum olub.

KONKRET.AZ xəbər verir ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

Ümumtəhsil məktəblərində beş günlük qış tətili olacaq.

Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq.

Qeyd edək ki, şagirdlər üçün beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə beş günlük əlavə yaz tətili (1-5 may) olur.

Xatırladaq ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Oxu.az

Bir cavab yazın