Melkonyan və ASALA-nı vəsf edən “qəhrəmanlıq bəstəsi” – Ermənilər bu musiqini də bizdən oğurlayıb + VİDEObackend

Melkonyan və ASALA-nı vəsf edən “qəhrəmanlıq bəstəsi” - Ermənilər bu musiqini də bizdən oğurlayıb + VİDEO

“Keçən həftə ermənilərin birinci Qarabağ savaşı illərində “döyüş himninə” çevirdikləri “Hay Qajer” (“cəsur erməni”) haqqında yazdım. Bu gün isə ikinci belə məşhur “mahnıları” olan və yenə də eyni şəkildə, az qala “qəhrəmanlıq bəstəsinə” çevirdikləri “Ah Fidayi, Jan Fidayi” haqqında məlumat vermək istərdim. Yəqin ki, bu mahnıya da çoxlarınız rast gəlmisiniz, hətta bu musiqinin müşayəti ilə təqdim edilən videogörüntüləri də izləmisiniz, dişlərinizi qıcayaraq, nifrətlə”.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu bildirib.

O qeyd edib ki, 90-cı illərin əvvəllərində Qarabağda savaşan erməni terrorçularına həsr edilmiş bu “mahnı”, daha çox Melkonyan və ASALA nümayəndələrini vəsf edir:

“Bütün görüntülərdə onlardır: Melkonyan və başkəsənləri. Sözləri başdan başa nifrət, kin.. Digəl ki, musiqi yenə də bizimdir. Lakin “Hay Qajer”dən fərqli olaraq, bu dəfə musiqi elə birbaşa bizə – azərbaycanlılara məxsusdur. Söhbət məşhur “Leyla xanım, xanım, xanım” el mahnısından  gedir. “Hay Qajer”dən fərqli olaraq bu dəfə ermənilər, orijinalda mövcud olan sırf bizə məxsus elemenləri özlərinə uyğunlaşdıra bilmədiklərindən, musiqinin sırf nəqarət hissəni genişləndirərək, musiqinin müxtəlif hissələrinə ayrı-ayrı, yenə də bizə məxsus fərqli elementlər əlavələr etməklə özləri üçün, “qəhrəmanlıq nəğməsi” qayırıblar (ifadəmə görə, üzr istəyirəm, sadəcə başqa cür ifadə edə bilməzdim!).

Azərbaycan toylarının bu gün də bəzəyi olan bu mahnının dəqiq tarixini deyə bilmərəm (bununla bağlı musiqişünaslarımız fikir bildirməlidirlər), amma bu bir həqiqətdir ki, ən azı 70-ci illərdə el şənliklərində ifa edilib. Hətta youtube-de Yusif Mustafayevin ifasında köhnə lent yazısını da dinləyə bilərsiniz. Faciə budur ki, Azərbaycan toylarında 70-ci illərdən ifa edilən bu şən, oynaq, ritmik musiqi, 90-cı illərin əvvəllərində erməni terrorçularının azərbaycanlıları qətlə yetirmələrini qəhrəmanlıq kimi təqdim edən “fədayi” “mahnı”sının əsas elementinə çevrilir”.

V.Zifəroğlu bu iki “mahnıya” diqqət çəkməkdə məqsədini bu cür izah edib:

“Məhz “Hay Qajer” və “Jan Fidayi” ermənilərin türklərə qarşı nifrətini və iddialarını açıq şəkildə göstərən və I Qarabağ müharibəsində ağızdan-ağıza oxuduqları “döyüş himnləri” hesab edilir. Hər iki mahnı Türkiyə və Azərbaycana qarşı mübarizəyə səsləyir. Ermənilər 1991-1993-cü illərdə hər qələbələrini məhz bu mahnıları oxuyub rəqs edərək qeyd edirdilər.

Bu səbəbdən də neçə illərdir ki, ermənilərin müharibə “qəhrəmanlığı” nəğməsinə çevrilən hər iki musiqinin əslində kimlərə məxsus olduğu və kimlərə təbiğat vasitəsinə çevrildiyini bilmək lazımdır. İkinci Qarabağ müharibəsində də, ermənilər ruh yüksəkliyi yaratmaq üçün bu iki musiqidən maksimum istifadə edir, Birinci Qarabağ savaşında lentə alınmış videokadrların müşayəti ilə aktiv şəkildə paylaşırdılar. Təəssüf ki, o paylaşımların heç birinin şərh bölməsində musiqilərin oğurlandığını, bizə məxsus olduğunu bildirən bir şərhə də rast gəlmək olmur. Halbuki, ora şərhlər yazan başqa xalqların nümayəndələri məhz hər iki musiqinin gözəl olmasını bildirir və bunun yaratdığı təsir altında cəlladların videogörüntülərinə övgülər yağdırırlar”.

Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*