“Mətn sentyabrın 2-də açıqlanacaq” – Rəsmi Yerevandan AÇIQLAMAbackend

“Mətn sentyabrın 2-də açıqlanacaq” - Rəsmi Yerevandan AÇIQLAMA

Ermənistan və Azərbaycan arasında sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında imzalanan əsasnamənin mətni sentyabrın 2-si açıqlanacaq.

KONKRET.az “armenpress”ə istinadən xəbər verir ki, bu barədə açıqlama Ermənistanın Baş Nazirliyindən verilib.

“Sənədin mətni milli yekunlaşdırma prosedurlarının həyata keçirilməsi çərçivəsində bazar ertəsi ictimaiyyətə açıqlanacaq. Ratifikasiya prosesinin bir hissəsi kimi sənəddə nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Konstitusiya Məhkəməsinin mövqeyi müsbət olarsa, o, ratifikasiya üçün parlamentə təqdim olunacaq”.

Aygün,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*