Metroda gediş haqqı plastik qabla ödənilə bilər – ROMADAbackend

Metroda gediş haqqı plastik qabla ödənilə bilər - ROMADA

KONKRET.az xəbər verir ki, Romada üç metro stansiyasında yeni bir xidmət təqdim edilib. İndi sərnişinlər metroda gediş haqlarını plastik qablardan istifadə edərək ödəyə bilərlər. Həmin stansiyaların girişində qoyulan xüsusi konteynerlərə boş qablar atılmaqla sərnişinlər metroya daxil ola bilərlər. Qeyd edək ki, hər qab 5 sent dəyərində ölçülür. Beləliklə, birdəfəlik gediş üçün 30 plastik qab lazımdır.

İtaliya paytaxtında həyata keçirilən bu layihədən sakinlər ekoloji təmizlik və qənaət baxımından çox məmnun qalıblar. İl ərzində bu metodun sınaqdan keçirilməsi və təkmilləşdirilməsi planlaşdırılır.

SEVİNC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*