“Meyitlər qeyri-real dərəcədə çoxdur”.
KONKRET.az xəbər verir ki, bu barədə Belarus meyitxanasından bildiriblər. Morqun məlumatları Rusiyanın Ukraynadakı itkilərinin miqyasını ortaya çıxarır.
Şahidlərin ifadələri, Belarusun cənub-şərqindəki meyitxanalar və xəstəxanaların məlumatları itkiləri təxmin etməyə imkan verir.
Məlumata görə, Mozır meyitxanasında artıq yer yoxdur, rus əsgərlərinin cəsədləri ilə doludur.
Ukrayna ilə sərhəddən təxminən 60 kilometr aralıda yerləşən Belarus şəhərindəki xəstəxanalardan birinin dəhlizlərində və palatalarında döyüşdə yaralanan əsgərlərin iniltiləri eşidilir.
Yerli qatar stansiyasında çəkilmiş videogörüntülərdə rus əsgərlərinin hərbi təcili yardım maşınından Rusiya dövlət dəmir yolu şirkətinin qatarına yükləndiyi görünür.
Ukrayna ilə sərhədə yaxın olan Narovlya şəhərinin sakinləri bildirirlər ki, keçmiş avtobazanın ərazisində Rusiya səhra xəstəxanası yaradılıb, yaralılar Ukraynadan təyyarə ilə gətirilir.
Xuraman Etibarlı,
KONKRET.az
