Mingəçevirdə 3 ailənin yaşadığı birmərtəbəli evdə yanğın olub.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² olan bir dam altında tikilən evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;