Minik avtomobili aşdı, iki nəfər xəsarət aldıbackend

Minik avtomobili aşdı, iki nəfər xəsarət aldı

Şəkidə “Mercedes” markalı avtomobil aşıb, iki nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə axşam saat 20 radələrində rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Sarıca kənd sakini, 49 yaşlı İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü İ. Əliyev və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*