Miqrant böhranı: Qayıq batdı – 8 uşaq öldübackend

Miqrant böhranı: Qayıq batdı - 8 uşaq öldü

Türkiyə dövlət mediası Türkiyənin qərb sahili yaxınlığında miqrantların olduğu qayığın dənizdə batması nəticəsində 8 uşaq daxil, 11 miqrantın öldüyünü bildirib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Egey dənizində Yunanistanın Çios adası ilə üzbəüz yerləşən Çesme turizm kurortuna aid dəniz sahəsində səkkiz nəfər xilas olunub. Onların hansı ölkənin vətəndaşları olduğu hələ müəyyən olunmayıb. Yunanıstan üzərindən Avropaya çatmağa çalışan miqrantlar üçün Türkiyə əsas keçid məntəqəsidir. Miqrantların çoxu öz ölkələrində zorakılıq və təqiblərdən qaçır. Belələrinin çoxu ümidlərini qaçaqmalçılara bağlayır və çox vaxt ölümlə nəticələnən təhlükəli səyahətlərə quru və dəniz yolları ilə çıxırlar. 2016-cı ildə Türkiyə Avropaya İttifaqı ilə miqrant və qaçqın axınının qarşısının alınması məqsədiylə maliyyə razılaşması əldə edib. Türk Sahil Mühafizəsi, şənbə günü yerli vaxtla 20:30-da dənizdən “qışqırıq səslərinin” gəldiyini bildirib.

Çesme, minlərlə miqrantın sıxlıq və antisanitariya şəraitində yaşadığı Yunanıstanın Çios adasından cəmi 15 km məsafədə yerləşir .

Son zamanlar Türkiyədən keçməyə çalışan miqrantların sayı kəskin artıb. Onların əksəriyyəti Əfqanıstan, Pakistan və Suriyadan gəlir. Dövlət Anadolu xəbər agentliyinə görə, Türkiyə hakimiyyəti keçən il Aralıq dənizini keçməyə çalışan təxminən 60000 adamı saxlayıb, insan alverində şübhəli bilinən təxminən 9000 şəxs tutulub. Türkiyə dünyada ən böyük qaçqın əhalisi olan ölkədir – burada hazırda təxminən 4 milyon qaçqın var, onların 3,6 milyondan çoxu Suriyadandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*