Misir və Aİ təbii qaz sahəsində əməkdaşlığı GÜCLƏNDİRİRbackend

Misir və Aİ təbii qaz sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR

Misir və Aİ təbii qaz sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, xarici işlər naziri Samih Şükri Avropa İttifaqı Komissiyasının məsul vitse-prezidenti Frans Timmermansla görüşüb .

Görüşdə Misir və Aİ Komissiyası arasında Rusiya qazına alternativin tapılması çərçivəsində əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə edilib:

“Tərəflər həmçinin mayeləşdirilmiş təbii qaz və yaşıl hidrogen tədarükü sahəsində əməkdaşlığın artırılması, Avropa, Afrika və Körfəz ölkələri arasında hidrogen ticarətini əhatə edən Aralıq dənizi “Yaşıl Hidrogen Tərəfdaşlığı”nı inkişaf etdirmək barədə razılığa gəliblər”.

 

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*