“Mixail Qorbaçov cəzasını almalıdır” – ŞEYXbackend

"Mixail Qorbaçov cəzasını almalıdır" - ŞEYX

“20 Yanvar şəhidləri müstəqilliyimiz yolunda öz canlarını qurban veriblər”.

KONKRET.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə xalqımızın birliyi dəmir yumruğa çevrildi və şəhidlərimizin qisası alındı:

“Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandı. Bu qələbənin qədrini bilməliyik”.

Şeyxülislam deyib ki, 20 Yanvar qırğınının baiskarları, o cümlədən Mixail Qorbaçov cəzasını almalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*