Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Gürcüstanda saxlanılıb.
KONKRET.az xəbər verir ki, bunu baş nazir İrakli Qaribaşvili brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkənin hüquq -mühafizə orqanlarında Saakaşvilinin hərəkəti barədə Ukraynadan Gürcüstana qədər bütün məlumatlar olub.
Hazırda Saakaşvili cəzaçəkmə müəssisəsinə göndərilib.
Xuraman Etibarlı
KONKRET.az
