Mnaçakanyan Cenevrəyə gedir: Bayramovla görüş…backend

Mnaçakanyan Cenevrəyə gedir: Bayramovla görüş...

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnaçakanyan sabah Cenevrəyə gedəcək.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib.

Onun sözlərinə görə, Mnaçakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Nağdalyan qeyd edib ki, hazırda erməni nazir İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi ilə görüşür.

Qeyd edək ki, oktyabrın 30-da Cenevrədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş keçiriləcəyi gözlənilir.

Xatırladaq ki, görüşün oktyabrın 29-da keçirilməsi nəzərdə tutulsa da, təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*