“Moskva bu münaqişəyə müdaxilə etməyəcək” – Rusiyalı generalbackend

"Moskva bu münaqişəyə müdaxilə etməyəcək" - Rusiyalı general

“The Associated Press” agentliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftəsonu Rusiya Prezidenti Vladimir Putinə kömək üçün müraciət etməsindən yazıb.

KONKRET.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin keçmiş rəisi, ehtiyatda olan general leytenant Yevgeni Bujinskinin fikrincə, Moskva bu münaqişəyə müdaxilə etməyəcək.

“Rusiyanın hərbi müdaxiləsini istisna edirəm. Azərbaycan Rusiya üçün o qədəəhəmiyyətlidir ki, ona və Türkiyəyə qarşı müharibə aparmaz”, – hərbçi “Interfax” agentliyinə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisinə zərbə endirməməyə çalışıb və buna görə də Rusiyanın hərbi müdaxiləsi üçün əsas yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*