Moskvada Gəncədə həlak olanların xatirəsinə həsr olunmuş aksiya keçirilirbackend

Moskvada Gəncədə həlak olanların xatirəsinə həsr olunmuş aksiya keçirilir

Ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə növbəti raket hücumundan sonra Azərbaycanın Moskvadakı səfirliyi qarşısında “Gəncə 10.17.2020” yazısı olan xatirə lövhəsi və faciə baş verən yerdən fotoşəkillər yerləşdirilib.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki,  Moskva azərbaycanlıları Ermənistan hökuməti tərəfindən Gəncənin mülki əhalisinə qarşı törədilən bu dəhşətli terror aktında həlak olanların xatirəsini yad edərək xatirə lövhəsinin qarşısına gül dəstələri qoyma aksiyası keçirirlər.

Rusiyanın paytaxtındakı mövcud epidemioloji vəziyyətlə əlaqədar aksiya kütləvi gülqoyma xarakteri almayıb, amma tədbir bütün gün davam edəcək.

Faciə barədə eşitməyən moskvalılar da Gəncədə baş verənlər barədə məlumat almaq imkanına malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*