Moskvada qeyri-adi cinayət işi – Qız bu əməlinə görə həbs olundubackend

Moskvada qeyri-adi cinayət işi - Qız bu əməlinə görə həbs olundu

Tacik bloger Ruslan Bobiyev və rəfiqəsi fotoya görə həbs olunub.

KONKRET.az rus teleqram kanallarına istinadən xəbər verir ki, həbs rəfiqəsinünü günahı ucbatından baş verib. Belə ki, qız Vasili Blajennı kilsəsinin qarşısında seksual xarakterli fotosessiya etdiyinə görə ittiham edilir.

Qeyd edək ki, qız 19 yaşındadır. Yerli Moskva hökuməti hesab edir ki, cütlüyün Müqəddəs Vasil Blajenni kilsəsinin fonunda çəkdirdiyi bu fotoları cinsi əlaqəni təlqin etmək məqsədi daşıyır. Fotoda qızın əynində “Polis” yazılmış gödəkçənin əks olunması da ölkə qanunlarına zidd kimi dəyərləndirilib.

Bloger Ruslan Bobiyev də əməllərinə görə üzr istəyib, bir daha belə etməyəcəyinə söz verib.

Qalmaqallı görüntülər məbədin fonunda çəkildiyindən, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 148 -ci maddəsinin “Möminlərin hisslərini təhqir etmək” maddəsi ilə cinayət işi başlana bilər. Onun barəsində “Həbs zamanı polisə müqavimət” və “Xarici vətəndaşın Rusiya Federasiyasına daxil olma qaydalarını və ya qalma rejimini pozması” maddələri ilə inzibati protokollar tərtib edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*