Ermənistan Qarabağdan çıxmayanadək problem həll olunmayacaq – Mövlud Çavuşoğlubackend

Ermənistan Qarabağdan çıxmayanadək problem həll olunmayacaq - Mövlud Çavuşoğlu

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu və Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Numan Kurtulmuş Azərbaycanın Ankaradakı səfirliyini ziyarət ediblər.

Bu barədə Anadolu Agentliyi xəbər yayıb.

Xəbərdə bildirilib ki, onlar Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşüblər.

Nazir səfirlikdəki çıxışında deyib:

“Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Ermənistan torpaqlardan çəkilməyənədək problem həll olunmayacaq. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin qərarı mövcuddur. ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin həlli üçün heç bir konkret addım atmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*