Mövlud Çavuşoğlu Azərbaycan xalqını bu sözlərlə təbrik etdibackend

Mövlud Çavuşoğlu Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

KONKRET.AZ xəbər verir ki, bu barədə M.Çavuşoğlu öz rəsmi “Twitter” hesabında paylaşdığı videoda bildirib.

Xarici İşlər naziri təbrikində deyib: “Bir millət, iki dövlət!” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımız, həm də həm də gələcək nəsillərə olan borcumuzdur. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir! Azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır.”

Qeyd edək ki, bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*