Mövlud Çavuşoğlundan erməni əsilli millət vəkilinə SƏRT CAVABbackend

Mövlud Çavuşoğlundan erməni əsilli millət vəkilinə SƏRT CAVAB

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Xalqların Demokrat Partiyasının (HDP) Diyarbəkir üzrə deputatı erməni əsilli Qaro Paylanın Azərbaycan və Ermənistanla bağlı açıqlamasına sərt cavab verib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Q.Paylan parlamentin 2021-ci ilin dövlət büdcəsi ilə bağlı keçirilən müzakirəsində “Mənim xəyalım var. Türkiyə “qardaş Azərbaycan” dediyi kimi “qardaş Ermənistan” da deyə bilməlidir” ifadəsini işlədib.

M.Çavuşoğlu isə cavab olaraq “Bu günə kimi “Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından çəkilsin” dedinizmi?

Heç vaxt “Qarabağ Azərbaycan ərazisidir, Ermənistan buradan çıxsın” demədiniz”, – deyə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*