MSK-nın iclası başladı: İlk qərar oxundu – Yenilənirbackend

MSK-nın iclası başladı: İlk qərar oxundu - Yenilənir

Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

KONKRET.az xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov sədrlik edir. İclasda ilk olaraq 31 yanvar və 1 fevral tarixli iclas protokolları təsdiqlənəcək. İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq. Daha sonra Milli Məclisə keçirilmiş seçkilərlə bağlı daxil olmuş şikayətlər nəzərdən keçiriləcək.

İclasda seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Beynəlxalq Seçki Müşahidə Missiyasının üzvləri də iştirak edirlər.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının iclası 16:15-də başlayıb.

MSK sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri, səfir Piter Tecler müşahidə missiyasının üzvü, Türkiyənin Giresun Universitetinin rektoru Aygün Attarın akkreditasının ləğv edilməsini xahiş edib.

R.Qasımov bu halın ilk dəfə baş verdiyini bildirib. Deyib ki, müraciət təmin edilməli və Aygün Attarın müşahidəçilik üçün verilən akkreditasiya lövhəciyi ləğv edilməlidir.

O, bununla bağlı hazırlanmış qərarı oxuyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*