“Müharibənin ilk günlərində biz bilirdik ki, Rusiya…” – Sərkisyan Lavrovabackend

"Müharibənin ilk günlərində biz bilirdik ki, Rusiya..." - Sarkisyan Lavrova

Biz bir daha əmin olduq ki, dost dar gündə tanınar. Siz çox çətin bir zamanda gəlmisiniz, böhran vaxtı deyə bilərik. İqtisadi sahədə böyük problemlər var. Çətin bir müharibədən sonrakı dövr və koronavirus, həmçinin, psixoloji problemlər…

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Orezidenti Armen Sərkisyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

O bildirib ki, xarici siyasətdə də vəziyyət yaxşı deyil: “Dövlət qarşısında yalnız həll olunmalı deyil, həm də dərinləşməməsini təmin etməli olduğumuz iki problem dayanır: “İlk növbədə birgə bəyanata uyğun olaraq təkcə hərbi əməliyyatların dayandırılmasının həyata keçirilməsi deyil, sonrakı illərdə də onu davam etdirmək lazımdır. Bunun Ermənistan üçün həyati əhəmiyyəti var. İkincisi, Ermənistanda sabitliyin bərqərar olması.

Heç kim Qarabağla bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsini sual altına almasın. Çətinliklərə, böhran vəziyyətinə baxmayaraq, həll yollarını tapmaq həmişə mümkündür. Müharibənin ilk günlərində biz bilirdik ki, Rusiya rəhbərliyinin, şəxsən prezidentin səyləri hərbi əməliyyatların dayandırılmasına yönəldilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*